Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,3% yüksəlib
# 31 mart 2010 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 907 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 173 bəndədək enib, Nasdaq isə 0,3% - 2 411 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, martın 30-da makroiqtisadi göstəricilər ABŞ fond bazarına müsbət, bir sıra vacib korporativ xəbərlər isə mənfi təsir edib.
Avropa fond bazarlarında martın 30-da FTSE 100 indeksi 0,7% - 5 672 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 987 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 6 143 bəndədək enib. Avropada HSBC-nin səhmləri 2,1%, «Lloyds»un səhmləri 3%, «Barclays»ın səhmləri 2,4%, «BNP Paribas»ın səhmləri 0,9%, «Credit Agricole»un səhmləri 0,6%, «Commerzbank»ın səhmləri 2,9%, «Banco Santander»in səhmləri 1,2% ucuzlaşıb.
Martın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 105,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3392 dollar (-0,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR