Bank Of Baku

Neftin qiyməti 84 dollara yaxınlaşıb

Neftin qiyməti 84 dollara yaxınlaşıb
# 01 aprel 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,39 dollar və ya 1,7% artaraq 1 barelə görə 83,76 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 31-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,42 dollar artaraq 82,70 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb dolların ucuzlaşması olub. Belə ki, martın 31-də dolların avroya qarşı məzənnəsi 0,8 enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR