Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,2% yüksəlib
# 02 aprel 2010 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 10 927 bəndədək, S&P 500 0,7% - 1 178 bəndədək, Nasdaq isə 0,2% - 2 403 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ötən həftə ərzində ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının 6 min nəfər azalaraq 439 minə çatması, iqtisadi şəraitlər indeksinin (ISM) mart üzrə proqnozlaşdırılan 57 bəndə qarşı 59,6 bəndə bərabər olması barədə xəbərlər fond bazarına müsbət təsir edib.
Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 1,2% - 5 745 bəndədək, Fransa CAC-40-ı 1,5% - 4 034 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 6 236 bəndədək yüksəlib. Avropada «Lloyds»un səhmləri 2,2%, HSBC-nın səhmləri 1,1%, UBS-in səhmləri 3,6%, «BNP Paribas» və «Societe Generale»in səhmləri 1,7%, «UniCredit»in səhmləri 2,5%, «Volkswagen»in səhmləri 2,4%, «Daimler»in səhmləri 1,6%, «Royal Dutch Shell»in səhmləri 0,8%, BP-nin səhmləri 1,3%, «BG Group»un səhmləri 2,3%, «Repsol»un səhmləri 2,6%, «Total»in səhmləri 1,5%, «Eni»nin səhmləri 1,1%, «Statoil»un səhmləri 0,4% bahalaşıb.
Aprelin 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 126,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3569 dollar (+0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR