Bank Of Baku

ABŞ və Avropa fond bazarlarında da ticarət aparılmayıb

ABŞ və Avropa fond bazarlarında da ticarət aparılmayıb
# 05 aprel 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 2-də Pasxa Bayramı ilə əlaqədar olaraq Amerika fond bazarında ticarə əməliyyatları keçirilməyib. Xatırladaq ki, aprelin 1-də Dow Jones indeksi 0,7% - 10 927 bəndədək, S&P 500 0,7% - 1 178 bəndədək, Nasdaq isə 0,2% - 2 403 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında da aprelin 2-də ticarət aparılmayıb. Əvvəlki gündə FTSE 100 indeksi 1,2% - 5 745 bəndədək, Fransa CAC-40-ı 1,5% - 4 034 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 6 236 bəndədək yüksəlib.
Aprelin 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 126,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3569 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR