Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 1,1% yüksəlib
# 06 aprel 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 974 bəndədək, S&P 500 0,8% - 1 187 bəndədək, Nasdaq isə 1,1% - 2 430 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, indekslərin dinamikasına martda ölkə iqtisadiyyatında (aqrar sahəsi istisna olmaqla) 162 min yeni iş yerlərin açılması, daşınmaz əmlak üzrə təkrar bazarda bağlanılmış müqavilələr indeksin fevral ayında 8,2% artması barədə məlumatlar müsbət təsir edib.
Avropa fond bazarlarında aprelin 5-də Pasxa Bayramı münasibəti ilə ticarət keçirilməyib. Əvvəlki ticarət günü olan aprelin 1-də FTSE 100 indeksi 1,2% - 5 745 bəndədək, Fransa CAC-40-ı 1,5% - 4 034 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 6 236 bəndədək yüksəlib.
Aprelin 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 133,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3428 dollar (-1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR