Bank Of Baku

Neftin qiyməti 86 dolları üstələyib

Neftin qiyməti 86 dolları üstələyib
# 06 aprel 2010 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,75 dollar və ya 2,1% artaraq 1 barelə görə 86,62 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 5-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,87 dollar artaraq 85,88 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən ABŞ-ın əmək bazarından müsbət xəbərlər səbəb olub. Belə ki, mart ayında ölkə iqtisadiyyatında (aqrar sahə istisna olmaqla) iş yerlərinin sayı 162 min artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR