Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 07 aprel 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,22 dollar və ya 0,3% artaraq 1 barelə görə 86,84 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 6-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar artaraq 86,15 dollar təşkil edib.

Neftin bahalaşmasına səbəb olan amillərdən biri kimi ABŞ-da ötən həftə ərzində neft məhsullarının azalması üzrə analitiklərin proqnozlarını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR