Bank Of Baku

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 07 aprel 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 10 970 bəndədək enib, S&P 500 0,2% - 1 189 bəndədək, Nasdaq isə 0,3% - 2 437 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 6-da ABŞ-da indekslərin dinamikası investorlar arasında Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin artıracağı ehtimalının möhkəmlənməsindən asılı olub.
Avropa fond bazarlarında aprelin 6-da FTSE 100 indeksi 0,6% - 5 780 bəndədək, Fransa CAC-40-ı 0,5% - 4 054 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 6 252 bəndədək yüksəlib. Avropa bazarlarında «Royal Dutch Shell»in səhmləri 2%, «Repsol»un səhmləri 1,2%, «Statoil»un səhmləri 4% bahalaşıb.
Aprelin 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 136 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3384 dollar (-0,3%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR