Bank Of Baku

AGBI indeksi 1,0473, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0473, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 07 aprel 2010 08:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0686 bənd və ya 6,9% artaraq aprel ayının 7-nə 1,0473 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Aprelin 6-da 3 mln. manat həcmində bir dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və nəticədə, bazarın kapitallaşması azalıb. Eyni zamanda, həmin tarixdə ümumilikdə 8,2 mln. manat həcmində iki yeni buraxılış yerləşdirilib ki, bu da bazarın kapitallaşmasını artırıb. Nəticədə, AGBI indeksinin artımı baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR