Bank Of Baku

BFB-da 10102126S seriyalı 5 301,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10102126S seriyalı 5 301,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 aprel 2010 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10102126S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 301 800 manat təşkil edib. Sifarişlər 99,90% (gəlirlik 1,04%) – 99,93% (gəlirlik 0,73%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,90% (gəlirlik 1,04%), orta ölçülmüş qiyməti isə 99,91% (gəlirlik 0,94%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 301 800 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin mayın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR