Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,2% enib
# 08 aprel 2010 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 10 898 bəndədək, S&P 500 0,6% - 1 182 bəndədək, Nasdaq isə 0,2% - 2 431 bəndədək enib. «APA-Economics»in məlumatına görə, aprelin 7-də ABŞ-ın fond bazarına təsir edən amillərdən əsası Yunanıstanla bağlı investorlar arasında narahatlıq olub. Qeyd edək ki, Yunanıstanın suveren istiqrazların dünya bazarlarında qiyməti azalıb. Eyni zamanda, monetar siyasəti üzrə Avropa komissarı Xoakim Almuniya bəyan edib ki, Yunanıstanda defolt olmayacaq, lakin vəziyyət hələ də gərgindir.
Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 0,3% - 5 762 bəndədək, Fransa CAC-40-ı 0,7% - 4 027 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 6 222 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 0,7%, «Royal Bank of Scotland»ın səhmləri 0,6%, «BNP Paribas»ın səhmləri 2,8%, «Credit Agricole»un səhmləri 1%, «Commerzbank»ın səhmləri 0,6%, «Deutsche Bank»ın səhmləri 1,5%, UBS-in səhmləri 1,5%, «Credit Suisse»in səhmləri 1,9% ucuzlaşıb.
Aprelin 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 153 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3326 dollar (-0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR