Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 09 aprel 2010 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 927 bəndədək, S&P 500 0,3% - 1 186 bəndədək, Nasdaq isə 0,2% - 2 437 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 8-də ABŞ-ın fond bazarına makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında aprelin 8-də FTSE 100 indeksi 0,9% - 5 713 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 979 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 6 172 bəndədək enib.
Avropa bazarlarında «Barclays»ın səhmləri 1,2%, «Lloyds»un səhmləri 3%, «Societe Generale»ın səhmləri 3,1%, «Credit Agricole»un səhmləri 2,3%, «Commerzbank»ın səhmləri 2,2%, «Deutsche Bank»ın səhmləri 1,7%, «UBS»-in səhmləri 3,1%, «Credit Suisse»in səhmləri 2%, BP-nin səhmləri 0,8%, «Tullow Oil»un səhmləri 1,3%, «Repsol»un səhmləri 0,9%, «Total»in səhmləri 0,7% ucuzlaşıb.
Aprelin 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 152,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3360 dollar (+0,3%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR