Bank Of Baku

Dow Jones indeksi 0,64%, S&P 500 0,67%, Nasdaq 0,71% yüksəlib

Dow Jones indeksi 0,64%, S&P 500 0,67%, Nasdaq 0,71% yüksəlib
# 12 aprel 2010 09:23 (UTC +04:00)
Bakı - APA-Economics. Aprelin 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,64% - 10997 bəndədək, S&P 500 0,67% - 1194 bəndədək, Nasdaq isə 0,71% - 2454 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına Yunanıstandakı vəziyyət barədə xəbərlər təsir edib. Belə ki, ölkənin maliyyə naziri Qeorgios Papakonstantinu bəyan edib ki, Yunanıstan maliyyə dəstəyi üçün nə avrozona ölkələrinə, nə də Beynəlxalq Valyuta Fonduna müraciət etməyəcək.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,02% - 5770,98 bəndədək, Fransa CAC-40-ı 1,81% - 4050,54 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 6249,70 bəndədək artıb. «HSBC Holdings» bank qrupunun səhmləri 2,05%, «Banco Santander»in 4,07%, «UBS AG»nin 2,73%, «Royal Bank of Scotland»ın 0,20%, «BNP Paribas» və «Societe Generale»in müvafiq olaraq 2,53% və 2,07% bahalaşıb.

Aprelin 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 9 dollar artaraq 1 161,9 dollara bərabər olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3360 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR