Bank Of Baku

Dow Jones indeksi 0,12%, S&P 500 0,07%, Nasdaq 0,33% yüksəlib

Dow Jones indeksi 0,12%, S&P 500 0,07%, Nasdaq 0,33% yüksəlib
# 14 aprel 2010 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,12% - 11019,42 bəndədək, S&P 500 0,07% - 1197,30 bəndədək, Nasdaq isə 0,33% - 2465,99 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına ölkənin Ticarət Nazirliyinin hesabatı təsir edib. Belə ki, cari ilin fevral ayında ABŞ-ın ticarət balansının mənfi saldosu yanvar ayı ilə müqayisədə artıb və 39,7 mlrd. dollara çatıb. Bu isə istehlakın yüksəlməsi nəticəsində idxal həcminin artmasından xəbər verir.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% - 5761,66 bəndədək, Fransa CAC-40-ı 0,46% - 4031,99 bəndədək, Almaniya DAX-ı isə 0,32% - 6230,83 bəndədək enib. Neftin ucuzlaşması fonunda neft şirkətlərinin səhmləri dəyərdən düşüb. «Total»in qiymətli kağızları 1,10%, ENI-nin 0,62%, «StatoilHydro»nun 1,59%, «BG Group»un səhmləri 1,82% ucuzlaşıb.

Aprelin 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,76% düşərək 1 153,4 dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR