Bank Of Baku

BFB-da 25000129S seriyalı 40 mln. manatlıq uzunmüddətli istiqraz emissiyası yerləşdirilib

BFB-da 25000129S seriyalı 40 mln. manatlıq uzunmüddətli istiqraz emissiyası yerləşdirilib
# 14 aprel 2010 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 25000129S seriyalı dövlət istiqrazlarının (Dİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 40 mln. manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 2,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 40 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu Dİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2015-ci ilin aprelin 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR