Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 15 aprel 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,79 dollar və ya 2,1% artaraq 1 barelə görə 85,84 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 8-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,43 dollar artaraq 86,15 dollar təşkil edib.

Ötən həftə ərzində ABŞ-da xam neft ehtiyatları 2,2 mln. azalaraq 354 mln. barelə, benzin ehtiyatları 1,1 mln. barel azalaraq 221,3 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,1 mln. barel artaraq 146,8 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR