Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,1%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,1%, Nasdaq 1,6% yüksəlib
# 15 aprel 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 123 bəndədək, S&P 500 1,1% - 1 211 bəndədək, Nasdaq isə 1,6% - 2 505 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 9-də ABŞ-ın fond bazarına korporativ xəbərlər, xüsusən də «İntel» və «JPMorgan» şirkətlərin müsbət rüblük hesabatları ticarətin gedişinə təsir edib.
Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 0,6% - 5 796 bəndədək, Fransa CAC-40-ı 0,6% - 4 058 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 6 278 bəndədək yüksəlib. Qeyd edək ki, Avropa bazarlarına da «İntel» və «JPMorgan» şirkətlərinin müsbət rüblük hesabatları təsir edib. Nəticədə, «Deutsche Bank»ın səhmləri 3,1%, UBS-in səhmləri 2,4%, «BNP Paribas»ın səhmləri 1,6%, bahalaşıb.
Aprelin 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 159,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3316 dollar (-0,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR