Bank Of Baku

AGBI indeksi 1,3123, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,3123, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 15 aprel 2010 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,3122 bənd və ya 31,2% artaraq aprel ayının 15-nə 1,3123 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

AGBI indeksinin kəskin artması aprelin 14-də 40 mln. manat həcmində 5 illik dövlət istiqrazlarının yerləşdirməsindən sonra baş verib. Qeyd edək ki, bu dərəcədə uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi Azərbaycanda ilk dəfə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR