Bank Of Baku

Neftin qiyməti enib

Neftin qiyməti enib
# 16 aprel 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,33 dollar və ya 0,4% azalaraq 1 barelə görə 85,51 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 15-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,02 dollar artaraq 87,17 dollar təşkil edib.

Neftin qiymətinin dinamikasına ABŞ-ın məşğulluq bazarından daxil olan mənfi xəbərlər təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı yenidən artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR