Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib
# 16 aprel 2010 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 145 bəndədək, S&P 500 0,1% - 1 212 bəndədək, Nasdaq isə 0,4% - 2 516 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 15-də Çində ÜDM-in I rübdə illik müqayisədə 11,9% artması barədə məlumat və ABŞ iqtisadiyyatı barədə bir sıra hesabat və göstəricilər ABŞ-ın fond indekslərinin dinamikasına müsbət təsir edib.
Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 0,5% - 5 825 bəndədək, Fransa CAC-40-ı 0,2% - 4 066 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 6 292 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 2,6%, «Lloyds»un səhmləri 1,4%, «Societe Generale»in səhmləri 1,2%, «Credit Agricole»un səhmləri 0,4%, «Deutsche Bank»ın səhmləri 1,3%, «Commerzbank»ın səhmləri 0,9%, «Credit Suisse»in səhmləri 1,6%, «Banco Santander»in səhmləri 0,5% bahalaşıb.
Aprelin 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% artaraq 1 160,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3540 dollar (+1,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR