Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,6%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,6%, Nasdaq 1,4% enib
# 19 aprel 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 11 019 bəndədək, S&P 500 1,6% - 1 192 bəndədək, Nasdaq isə 1,4% - 2 481 bəndədək enib. «APA-Economics»in məlumatına görə, aprelin 16-da ABŞ-ın fond bazarı əsasən üç amilin təsiri altında olub ki, bunların arasında daha əhəmiyyətlisi Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya tərəfindən «Goldman Sachs» bankını dələduzluqda ittiham etməsidir. Belə ki, bank rəhbərliyi substandart ipoteka kreditləri üzrə borc öhdəlikləri ilə əməliyyatların keçirilməsi zamanı dələduzluqda ittiham olunur ki, bunun nəticəsində investorların məcmu itkiləri 1 mlrd. dollardan artıq olub. «Goldman Sachs» bankının səhmləri 12,6% ucuzlaşıb. Bundan başqa, bir sıra makroiqtisadi göstəricilər və korporativ xəbərlər də bazara mənfi təsir edib.
ABŞ-ın ən iri investisiya banklardan biri ilə bağlı olan ittiham Avropa fond bazarlarına da mənfi təsir edib. Nəticədə, aprelin 16-da FTSE 100 indeksi 1,4% - 5 744 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 989 bəndədək, Almaniya DAX-ı isə 1,8% - 6 181 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas», «Banco Santander», «Barclays», «Deutsche Bank» və HSBC-nin səhmləri 2,3-7,3%, «Air France», «Deutsche Lufthansa», «Fraport» və «British Airways»in səhmləri müvafiq olaraq 3,4%, 4,1%, 2,7% və 3,1% ucuzlaşıb.
Aprelin 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,02% azalaraq 1 136,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3459 dollar (-0,6%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR