Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 20 aprel 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,79 dollar və ya 2,2% azalaraq 1 barelə görə 81,45 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 19-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,79 dollar azalaraq 84,23 dollar təşkil edib.

Neftin ucuzlaşmasına İslandiyada vulkan püskürməsi ilə bağlı hava nəqliyyatında yanacağa olan tələbatın azalması səbəb olub. Lakin ekspertlər bu tendensiya və dinamikanın qısamüddətli olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR