Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,1% enib
# 20 aprel 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 092 bəndədək, S&P 500 0,5% - 1 198 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2 480 bəndədək enib. «APA-Economics»in məlumatına görə, aprelin 19-da ABŞ-ın fond bazarında «Goldman Sachs» bankına qarşı dələduzluqda ittihamla bağlı mənfi təsiri «Citigroup»un müsbət hesabatı və bir sıra makroiqtisadi göstəricilər tarazlaşdırıb.
Avropa fond bazarlarında aprelin 19-da FTSE 100 indeksi 0,3% - 5 728 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 971 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 6 162 bəndədək enib. Avropa bazarlarında aviaşirkətlərin səhmlərinin ucuzlaşması davam etməkdədir. Belə ki, «Air France-KLM Group»un səhmləri 2,9%, «Deutsche Lufthansa»nın səhmləri 2,6%, «Ryanair Holdings»in səhmləri 3,1%, «Ferrovial»ın səhmləri 4,2% ucuzlaşıb.

Aprelin 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 135,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3481 dollar (+0,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR