Bank Of Baku

Bu gün BFB-da 10102526S seriyalı 6 004,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10102526S seriyalı 6 004,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 20 aprel 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10102526S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 9 007 100 manat təşkil edib. Sifarişlər 99,90% (gəlirlik 1,04%) – 99,88% (gəlirlik 1,25%) qiymət intervalı ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,89% (gəlirlik 1,15%), orta ölçülmüş qiyməti isə 99,90% (gəlirlik 1,04%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 004,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin mayın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR