Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib
# 21 aprel 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 117 bəndədək, S&P 500 0,8% - 1 207 bəndədək, Nasdaq isə 0,8% - 2 500 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 20-də ABŞ-ın fond bazarı bir sıra iri şirkətlərin («Goldman Sachs», «Coca Cola» və s.) rüblük hesabatlarına müsbət reaksiya verib.
Avropa fond bazarlarında aprelin 20-də FTSE 100 indeksi 1% - 5 784 bəndədək, Fransa CAC-40-ı 1,4% - 4 027 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 6 292 bəndədək yüksəlib. Avropa bazarlarında ən yüksək artım avtomobil şirkətlərinin səhmləri üzrə müşahidə olunub. Belə ki, «Daimler»in səhmləri 7,5%, BMW-nin səhmləri 4,2%, «Renault»un səhmləri 4,5%, «Fiat»ın səhmləri 8,9%, «Peugeot»un səhmləri 4,9% bahalaşıb.

Aprelin 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 139,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3415 dollar (-0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR