Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib
# 22 aprel 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 125 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 206 bəndədək enib, Nasdaq isə 0,2% - 2 505 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 21-də ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına bir sıra iri şirkətlərin («Apple», «Morgan Stanley», «Boeing», «Yahoo», «McDonald’s» və s.) rüblük hesabatları təsir edib. Bundan başqa həm ABŞ, həm Avropa fond bazarlarına Beynəlxalq Valyuta Fondunun 2010-cu il üçün dünya iqtisadiyyatının artım tempi üzrə proqnozunu 3,9%-dən 4,3%-dək artırması da təsir edib. Qeyd edək ki, BVF cari ildə dünya lideri kimi Çini (proqnozlaşdıran artım 10%) görür. Bundan başqa, Hindistanda iqtisadi artım 8,8%, ABŞ-da 3,1%, əksər Avropa ölkələrində isə 1% səviyyəsində proqnozlaşdırılır. Xatırladaq ki, 2009-cu ildə dünya üzrə ÜDM 0,6% azalıb.
Avropa fond bazarlarında aprelin 21-də FTSE 100 indeksi 1% - 5 723 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 978 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 6 230 bəndədək enib. Avropa bazarlarında HSBC, «Banco Santander», «BNP Paribas» və UBS-in səhmləri 1,4-3,2% ucuzlaşıb.

Aprelin 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 148,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3389 dollar (-0,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR