Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 22 aprel 2010 15:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investorun iştirak etdiyi hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 9,922 mln. manat (faktiki 9 993 656,68 manat) təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Sifarişlər emitent tərəfindən 100,7222% qiyməti ilə təqdim olunub. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edə ki, AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bugünə kimi 23 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR