Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib
# 23 aprel 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 134 bəndədək, S&P 500 0,2% - 1 209 bəndədək, Nasdaq isə 0,6% - 2 519 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 22-də ABŞ-ın fond bazarına şirkətlərin hesabatları, məşğulluq bazarında müsbət dinamika və daşınmaz əmlak üzrə təkrar bazarda satışların artması müsbət təsir edib.
Avropa fond bazarlarında aprelin 22-də FTSE 100 indeksi 1% - 5 665 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 925 bəndədək, Almaniya DAX-ı isə 1% - 6 169 bəndədək enib. Avropa bazarlarında da kotirovkaların dinamikası əsasən korporativ xəbərlərdən asılı olub.

Aprelin 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 142,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3225 dollar (-1,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR