Bank Of Baku

Bu gün BFB-da 10202726S seriyalı 4 039,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10202726S seriyalı 4 039,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 aprel 2010 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202726S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 4 039 400 manat təşkil edib. Sifarişlər 99,68% (gəlirlik 1,29%) - 99,67% (gəlirlik 1,33%) qiymətləri ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,67% (gəlirlik 1,33%), orta ölçülmüş qiyməti də 99,67% (gəlirlik 1,33%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 039,4 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin iyulun 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR