Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,4% yüksəlib
# 26 aprel 2010 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 11 204 bəndədək, S&P 500 0,7% - 1 217 bəndədək, Nasdaq isə 0,4% - 2 530 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, aprelin 23-də ABŞ-ın fond bazarına iri şirkətlərin hesabatları və bir sıra makroiqtisadi göstəricilər müsbət təsir edib. Belə ki, mart ayında yeni evlərin satışı 27% artaraq 411 minə çatıb. Bundan başqa, bazarda I rübdə “Amazon” şirkətinin mənfəətinin 68%, “Microsoft”un mənfəətinin 35%, “American Express” şirkətin mənfəətinin 2,7% artması barədə məlumatlar da kotirovkaların yüksəlmə tendensiyasına dəstək olub.

Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 1% - 5 724 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 951 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 6 260 bəndədək yüksəlib. Avropa bazarlarında HSBC və “Barclays” banklarının səhmləri 0,7%, “Banco Santander”, “BNP Paribas” və UBS-in səhmləri isə 0,%-dən 0,3%-dək bahalaşıb.

Aprelin 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 153,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3370 dollar (+1,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR