Bank Of Baku

AGBI indeksi 1,0042, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0003 təşkil edib

AGBI indeksi 1,0042, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0003 təşkil edib
# 26 aprel 2010 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0042 bənd və ya 0,4% artaraq aprel ayının 26-na 1,0042 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0393 bənd və ya 3,8% azalaraq 1,0003 təşkil edib.

Aprelin 23-də dövlət istiqrazların 3,377 mln. manatlıq bir buraxılış dövriyyədən çıxarılıb və 4,039 mln. manatlıq bir emissiya yerləşdirilib ki, nəticədə yaranmış bazar kapitallaşmasının artımı AGBI indeksin yüksəlməsində əks olunub.

AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR