Bank Of Baku

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,3 % enib

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,3 % enib
# 27 aprel 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 11 205 bəndədək yüksəlib, S&P 500 0,4% - 1 212 bəndədək, Nasdaq isə 0,3% - 2 523 bəndədək enib.

APA-Economics”in məlumatına görə, aprelin 26-da ABŞ-ın fond bazarında kotirovkaların dinamikası iri şirkətlərin hesabatlarının təsiri altında olub.

Avropa fond bazarlarında da əsas amil kimi korporativ xəbərləri qeyd etmək olar. Nəticədə aprelin 26-da FTSE 100 indeksi 0,5% - 5 754 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 997 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 6 332 bəndədək yüksəlib.

Aprelin 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 156,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3380 dollar (+0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR