Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 28 aprel 2010 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,76 dollar və ya 2,1% azalaraq 1 barelə görə 82,44 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 27-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,05 dollar azalaraq 85,78 dollar təşkil edib.

Neftin ucuzlaşması əsasən iki amilin təsiri altında baş verib. İlk növbədə bura dolların möhkəmlənməsini aid etmək olar. Bundan başqa, Yunanıstan və Portuqaliyanın kredit reytinqlərin endirilməsi də neft bazarın iştirakçıları üçün mənfi əlamət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR