Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 2,3%, Nasdaq 2% enib

Dow Jones indeksi 1,9%, S&P 500 2,3%, Nasdaq 2% enib
# 28 aprel 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 10 992 bəndədək, S&P 500 2,3% - 1 184 bəndədək, Nasdaq isə 2% - 2 471 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, aprelin 27-də ABŞ-ın fond bazarında səhmlərin kütləvi satışı müşahidə olunub ki, bunun da əsas səbəbi Avropada borc böhranının kəskinləşməsi olub.

Qeyd edək ki, “Standard&Poor’s” reytinq agentliyi Yunanıstanın kredit reytinqini üç pillə endirərək BB+ səviyyəsində, Portuqaliyanın reytinqini isə bir pillə endirərək A- səviyyəsində müəyyənləşdirib. Hər iki ölkə üzrə qərarlar onların dövlət borclarının kəskin artması ilə bağlıdır. Beləliklə, fond bazarında investorlar səhmləri kütləvi şəkildə sataraq daha təhlükəsiz aktivlərin alınmasına üstünlük verib ki, bunların sırasında ilk növbədə qızıl və dollar çıxış edir. Nəticədə həm qızıl, həm də dollar bahalaşıb.

Həmin amillər Avropa fond bazarlarında indekslərin kəskin enməsinə səbəb olub. Belə ki, aprelin 27-də FTSE 100 indeksi 2,6% - 5 604 bəndədək, Fransa CAC-40-ı 3,8% - 3 845 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 6 160 bəndədək enib. Enmə tendensiyası əsasən maliyyə qurumlarda müşahidə olunub. Məsələn, “Banco Santander”in səhmləri 5,4%, “BNP Paribas”ın səhmləri 7%, “HSBC”nin səhmləri 2,9%, “Societe Generale”nin səhmləri 6%, “UBS”in səhmləri 4%, “Deutsche Bank”ın səhmləri 5% ucuzlaşıb.

Aprelin 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 165,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3210 dollar (-1,3%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR