Bank Of Baku

AGBI indeksi 1,0230, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0230, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 28 aprel 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0229 bənd və ya 2,3% artaraq aprel ayının 28-nə 1,0230 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001 təşkil edib.

Aprelin 27-də 303 min manat həcmində dövlət istiqrazları dövriyyədən çıxarılıb və 4 mln. manat həcmində bir emissiya yerləşdirilib. Nəticədə bazar kapitallaşması artıb ki, bu da AGBI indeksinin yüksəlməsində əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR