Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,01% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,01% yüksəlib
# 29 aprel 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 045 bəndədək, S&P 500 0,7% - 1 191 bəndədək, Nasdaq isə 0,01% - 2 472 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Federal Ehtiyat Sistemi tərəfindən aprelin 28-də faiz dərəcələrinin dəyişməz saxlanması üzrə qərar ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə dəstək olub.

Avropa fond bazarlarında aprelin 28-də FTSE 100 indeksi 0,3% - 5 587 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 787 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 6 084 bəndədək enib. Avropada suveren reytinqlərin endirilməsi davam edir. Belə ki, Yunanıstan və Portuqaliyadan sonra “Standard&Poor’s” beynəlxalq reytinq agentliyi İspaniyanın uzunmüddətli kredit reytinqini bir pillə endirərək AA səviyyəsində müəyyənləşdirib. Aprelin 27-də “Barclays”ın səhmləri 1,4%, “Lloyds Banking Group”un səhmləri 1,5%, “Royal Bank of Scotland”ın səhmləri 1,9%, “HSBC”nin səhmləri 0,2%, “Deutsche Bank”ın səhmləri 0,7%, “Banco Bilbao Vizcaya Argentaria”nun səhmləri 4,6% ucuzlaşıb.

Aprelin 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 165,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3210 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR