Bank Of Baku

Gələn həftə Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək

Gələn həftə Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək
# 30 aprel 2010 13:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) 2010-cu ilin may ayının 3-də həyata keçiriləcək. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.
İstiqrazlar 100,8215% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik gəlirlik 3,25% təşkil edir. Fondun məlumatına görə, bu istiqrazların yerləşdirilməsinə 1 fevral 2010-cu il tarixində başlanılıb və bu günədək 23 mln. manat həcmində istiqraz yerləşdirilib.
İstiqrazların emitent tərəfindən ödənilmə tarixi 2019-cu ilin dekabrın 11-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR