Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 2% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 2% enib
# 03 may 2010 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 009 bəndədək, S&P 500 1,7% - 1 187 bəndədək, Nasdaq isə 2% - 2 461 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ hökuməti tərəfindən dələduzluqda ittiham olunan «Goldman Sachs» bankı ilə bağlı hadisələrin inkişafı bazara mənfi təsir göstərib.
Avropa fond bazarlarında aprelin 30-da FTSE 100 indeksi 1,2% - 5 553 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 817 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 6 136 bəndədək enib. Avropa bazarlarında indekslərin dinamikası bir sıra iri şirkətlərin investorları məyus edən hesabatlarını açıqlaması təsiri altında olub.

Aprelin 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 177,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3215 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR