Bank Of Baku

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib
# 03 may 2010 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 75 mln. manat təşkil edən faizli, adlı, sənədsiz istiqrazlarının növbəti, 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb və hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 7,330 mln. manat təşkil edib və nəticədə, hərraca çıxarılmış həcm tam yerləşdirilib.
Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 28 mln. manata çatıb.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik gəlirlik 3,25% təşkil edir. İstiqrazların emitent tərəfindən ödənilmə tarixi 2019-cu ilin dekabrın 11-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR