Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq 1,5% yüksəlib
# 04 may 2010 07:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 11 152 bəndədək, S&P 500 1,3% - 1 202 bəndədək, Nasdaq isə 1,5% - 2 499 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarının investorları bir sıra makroiqtisadi hesabatlara və ölkədə dünyanın ən iri aviaşirkətin yaradılması barədə məlumatlara müsbət reaksiya verib.
Avropa fond bazarlarında mayın 3-də Fransa CAC-40-ı 0,3% - 3 829 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 6 167 bəndədək yüksəlib. Qeyd edək ki, London birjasında «May günü» bayramı münasibəti ilə ticarət keçirilməyib. Əvvəlki ticarət gündə isə FTSE 100 indeksi 1,2% enərək 5 553 bənd təşkil edib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 0,3%, «Deutsche Bank»ın səhmləri də 0,3%, «UBS»in səhmləri 1% bahalaşıb, «Banco Santander»in səhmləri 0,7%, «BBVA»nın səhmləri 1%, «Banco Espirito Santo»nun səhmləri 2,8% ucuzlaşıb.

Mayın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 188,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3208 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR