Bank Of Baku

Neftin qiyməti kəskin düşüb

Neftin qiyməti kəskin düşüb
# 05 may 2010 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 3,45 dollar və ya 4% azalaraq 1 barelə görə 82,74 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 4-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,27 dollar azalaraq 85,67 dollar təşkil edib.

Neftin kəskin ucuzlaşması Yunanıstanla bağlı problemlərlə əlaqəli olub ki, nəticədə mayın 4-də dollar avroya qarşı kəskin möhkəmlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR