Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 2,4%, Nasdaq 3% enib

Dow Jones indeksi 2%, S&P 500 2,4%, Nasdaq 3% enib
# 05 may 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 10 927 bəndədək, S&P 500 2,4% - 1 174 bəndədək, Nasdaq isə 3% - 2 424 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi investorlar arasında Avropa İttifaqı tərəfindən Yunanıstana ediləcək maliyyə yardı planının uğursuz olması barədə ehtimallarla bağlıdır.
Avropa fond bazarlarında mayın 4-də FTSE 100 indeksi 2,6% - 5 411 bəndədək, Fransa CAC-40-ı 3,6% - 3 689 bəndədək, Almaniya DAX-ı isə 2,6% - 6 007 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 6,1%, «Deutsche Bank»ın səhmləri 1,9%, HSBC-nin səhmləri 1,9%, «Barclays»ın səhmləri 4,5%, «Societe Generale»ın səhmləri 5,8%, BP-nin səhmləri 4,4%, «Royal Dutch Shell»in səhmləri 3,9%, «Total»in səhmləri 4% ucuzlaşıb.

Mayın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 169,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2948 (-2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR