Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 06 may 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,77 dollar və ya 3,3% azalaraq 1 barelə görə 79,97 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 5-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,06 dollar azalaraq 82,61 dollar təşkil edib.

Neft bazarında mənfi dinamikanın səbəbləri kimi dolların möhkəmlənməsi və ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində 2,8 mln. barel artması amilləri qeyd edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR