Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% enib
# 06 may 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 868 bəndədək, S&P 500 0,7% - 1 166 bəndədək, Nasdaq isə 0,9% - 2 402 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası iki amilin təsiri altında olub. Belə ki, Avropa iqtisadiyyatının perspektivləri barədə ehtimallar bazara mənfi, ABŞ-ın bir sıra makroiqtisadi göstəriciləri isə müsbət təsir edib.
Avropa fond bazarlarında mayın 5-də FTSE 100 indeksi 1,3% - 5 342 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 636 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5 959 bəndədək enib. Avropa iqtisadiyyatının vəziyyətinin pisləşməsi və borclar probleminin təkcə Yunanıstan deyil, digər ölkələrdə də özünü göstərməsi barədə ehtimalların bazara mənfi təsiri davam edir.

Mayın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 175 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2836 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR