Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 2,3% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 2,3% enib
# 08 may 2010 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10 380 bəndədək, S&P 500 1,5% - 1 111 bəndədək, Nasdaq isə 2,3% - 2 266 bəndədək enib. «APA-Economics»in məlumatına görə, beləliklə, ABŞ-da fond indekslərinin gözlənilməz enməsi ardıcıl olaraq 3-cü gün davam edir. Hətta mayın 6-da Dow Jones indeksi günün yekunlarına görə 3,2% endiyi halda ticarət əməliyyatları zamanı 9%-dək azalma müşahidə olunub. Qeyd edək ki, hazırda ABŞ-ın müvafiq orqanları hadisəni və onun səbəblərini araşdırır. Məlumdur ki, mayın 6-da ticarətin açılmasından sonra indekslərin bir qədər azalması baş verib, lakin təxminən 14:45-də fond bazarında, müşahidəçilərin sözlərinə görə, «səhmlərin kütləvi, anormal, izah olunmayan satışı başlayıb».
Avropa fond bazarlarında mayın 7-də FTSE 100 indeksi 2% - 5 155 bəndədək, Fransa CAC-40-ı 5,2% - 3 371 bəndədək, Almaniya DAX-ı isə 2,5% - 5 761 bəndədək enib.

Mayın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 210,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2755 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR