Bank Of Baku

Neftin bahalaşması bərpa olunub

Neftin bahalaşması bərpa olunub
# 11 may 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,69 dollar və ya 2,3% artaraq 1 barelə görə 76,80 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 10-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,85 dollar artaraq 80,12 dollar təşkil edib.

Neftin bahalaşması Avropa İttifaqı ölkələrinin 750 mlrd. avro həcmində stabilləşmə fondunun yaradılması barədə qərarın qəbul etməsindən sonra başlayıb. Qeyd edək ki, həmin fondun əsas məqsədi borclar böhranı ilə üzləşən və üzləşə biləcək Avropa ölkələrinə çevik maliyyə dəstəyinin təqdim edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR