Bank Of Baku

Dow Jones indeksi 3,9%, S&P 500 4,4%, Nasdaq 4,8% yüksəlib

Dow Jones indeksi 3,9%, S&P 500 4,4%, Nasdaq 4,8% yüksəlib
# 11 may 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 3,9% - 10 785 bəndədək, S&P 500 4,4% - 1 160 bəndədək, Nasdaq isə 4,8% - 2 375 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına Avropada stabilləşmə fondunun yaradılması barədə qəbul olunan qərar müsbət təsir edib. Xatırladaq ki, ötən həftənin sonunda Avropa İttifaqı ölkələrinin başçıları 750 mlrd. avro həcmində stabilləşmə fondunun yaradılması barədə qərara gəliblər. Həmin fondun əsas məqsədi borclar böhranı ilə üzləşən və üzləşə biləcək Avropa ölkələrinə çevik maliyyə dəstəyinin göstərilməsindən ibarətdir.

Bu amil Avropa fond bazarlarında da indekslərin kəskin artmasına səbəb olub. Belə ki, mayın 10-da FTSE 100 indeksi 5,2% - 5 387 bəndədək, Fransa CAC-40-ı 10% - 3 720 bəndədək, Almaniya DAX-ı isə 5,3% - 6 018 bəndədək yüksəlib. Ən yüksək artım maliyyə qurumları üzrə müşahidə olunub. Məsələn, «BNP Paribas»ın səhmləri 20,9%, «Banco Santander»in səhmləri 23,2%, «BBVA»nın səhmləri 22%, «Societe Generale»in səhmləri 23,9%, «UniCredit»in səhmləri 20,9% bahalaşıb.
Mayın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 200,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2743 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR