Bank Of Baku

AGBI indeksi 1,0004, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0003 təşkil edib

AGBI indeksi 1,0004, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0003 təşkil edib
# 11 may 2010 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0003 bənd və ya 0,03% artaraq may ayının 11-nə 1,0004 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0002 bənd və ya 0,02% artaraq 1,0003 təşkil edib.

İndekslərin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR