Bank Of Baku

AGBI indeksi 0,9670, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9670, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 12 may 2010 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0336 bənd və ya 3,4% azalaraq may ayının 12-nə 0,9670 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0001 bənd və ya 0,01% azalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0002 bənd və ya 0,02% azalaraq 1,0001 təşkil edib.

Mayın 11-də 5,3 mln. manat həcmində olan dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb ki, bu da AGBI indeksinin azalmasında əks olunub.

ACBDI və AMFBI indekslərinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR