Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 2,1% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 2,1% yüksəlib
# 13 may 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 897 bəndədək, S&P 500 1,4% - 1 172 bəndədək, Nasdaq isə 2,1% - 2 425 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi ölkə iqtisadiyyatının bərpasını sübut edən makroiqtisadi göstəricilərin təsiri altında baş verib.

Avropa fond bazarlarında mayın 12-də FTSE 100 indeksi 0,9% - 5 383 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 734 bəndədək, Almaniya DAX-ı isə 2,4% - 6 184 bəndədək yüksəlib. Avropa fond indekslərinin yüksəlməsinə bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib. Nəticədə, HSBC-nin səhmləri 0,8%, «Barclays»ın səhmləri 1%, «BNP Paribas»ın səhmləri 0,9%, «Credit Agricole»un səhmləri 1,5% bahalaşıb.
Mayın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% artaraq 1 243,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2644 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR